Logo

"Elm Gününün təsis edilməsi Azərbaycan elminə böyük töhfədir"

27.03.2023 10:30 357 baxış
IMG

Ölkəmizdə artıq hər il martın 27-si Elm Günü kimi qeyd edilir. Elm Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib.

Respublikamızda Elm Günü, həm də Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. Bu gün resublikamızda elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir. Hazırda AMEA Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində, ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir. Elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu sübut edir.

Ölkəmizdə elmi fəaliyyət əsasən Azərbaycan Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi təşkilatları, qismən də özəl sektoru əhatə edir. Qərarlaşmış elmi fəaliyyətin vahid prinsip əsasında idarə edilməsi üçün Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası fəaliyyət göstərir. Azərbaycan elminin tarixində ilk dəfə olaraq 2014-cü il dekabr ayının 19-da AMEA, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Alimlərinin I Qurultayı keçirilib. Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edir və ölkəmizin müasir inkişafına töhfələr verir.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Xəbər lenti