Logo

Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib

27.03.2023 16:43 287 baxış
IMG

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti