Logo

BMU Macarıstanın tərəfdaş universiteti ilə görüş keçirib

27.03.2023 23:08 209 baxış
IMG

Bakı Mühəndislik Universitetinın (BMU) tərəfdaş olduğu “Slow Tourism Management” adlı “Erasmus-EDU-2022-EMJM-DESIGN” layihəsi çərçivəsində Macarıstanın Pannonia Univesitetində görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, BMU-nun Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Xatirə Yusifovanın iştirak etdiyi görüşə Azərbaycanla yanaşı, 5 ölkədən (Polşa, Macarıstan, Gürcüstan, Çexiya, Türkiyə) 7 universitetin nümayəndələri qatılıb.

Toplantida Polşanın Vroslav Biznes Tətbiqi Elmlər Universitetinin koordinatoru olduğu adıçəkilən layihə üzrə birgə əməkdaşlıq çərçivəsində görülən işlər nəzərdən keçirilib. Eyni zamanda transmilli magistr proqramının təşkili, tədris olunacaq fənlər kataloqu, kurrikulum, sillabus hazırlanması, qlobal əmək bazarının tələblərinə uyğun müəyyən olunan öyrənmə hədəfləri, tələbə mübadiləsi müqaviləsi şərtləri, verifikasiya qaydaları ilə əlaqədar məsələlər müzakirə edilib.

Səfərdən sonra BMU-da Biznesin idarə edilməsi kafedrasının əməkdaşları üçün məlumat günü təşkil olunub. Biznesin idarə edilməsi kafedrası, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşları ilə birlikdə səfərin yekunları ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xəbər lenti