Logo

Bakıda məktəb direktoru Ertoğrul rolunda - VİDEO+AÇIQLAMA

28.03.2023 10:48 2301 baxış
IMG

Bakının Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli məktəbdə keçirilən Novruz bayramı tədbirində direktor Adil Əliyev qırmızı rəngli xalat geyinib, başına kral tacı qoyub. 

Tehsil.biz xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, direktorun məktəbin akt zalına daxil olan zaman şagirdlərin sıraya düzülmələri, direktor müavinlərinin isə şagirdlərə “qalxın, Ertoğrul bəy gəlir” - deyə bildirmələri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə Novruz bayramı ilə əlaqədar təhsil müəssisəsində təşkil olunmuş tədbirdə tarixi məzmunda şagirdlərin dünyagörüşünü genişləndirmək və onların bədii təxəyyülünü inkişaf etdirmək üçün məktəbin direktoru məktəblilərlə bərabər kiçik səhnəcikdə (10 dəqiqəlik) çıxış edib.

Təhsil müəssisəsindən qeyd olunub ki, tədbirin təşkil olunmasının əsas məqsədi məktəblilərin yaradıcılıq bacarıqlarını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onların yetkin vətəndaş kimi formalaşdırılması işinə dəstək verməkdən ibarətdir.

Mövzu ilə bağlı məktəb direktoru Adil Əliyev Xəzər TV-yə açıqlama verib.

Ətraflı sujetdə:

Xəbər lenti