Logo

Bu müəllimlər peyvənd olunmayacaq - Rəsmi

03.03.2021 17:41 3010 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müəllimlərin peyvənd olunması məsələsini şərh edib.

 

Tehsil.biz-in məlumatına görə, İdarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, vaksinasiya könüllüdür, amma zəruri olaraq keçirilməsi vətəndaş məsuliyyəti və peşə təəssübkeşliyinə görə olmalıdır:

 

“Vaksinasiya olunan şəxslər mütləq həkim müayinəsindən keçir, yanaşı xəstəliklər varsa, vaksinasiya olmur. Göstəricilərə uyğun vaksinasiya olunur. Dövlətin yaratdığı imkandan istifadə etməliyik”.

 

Qeyd edək ki, bu gündən müəllimlərin vaksinasiyasına başlanılıb.

Xəbər lenti