Logo

GRE General Test imtahanı keçirilib

28.03.2023 15:32 219 baxış
IMG

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan 28 mart 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 4 nəfər iştirak edib. 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti GRE General Test imtahanının 13 aprel 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/

Xəbər lenti