“Düşünürəm ki, kütləvi vaksinasiya bizim məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək”.
Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib:
“Bizim 50 yaşdan yuxarı təxminən 20-minə yaxın pedaqoji və texniki işçimiz var ki, onlar vaksinasiya prosesindən keçəcəklər”.
İdarə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə beş məktəb məntəqə kimi təyin edilib:
“Məqsəd məktəblərin tədris prosesindən ayrılmadan peyvənd olmasına şərait yaratmaqdır”.