Logo

Kimya və ingilis dili fənləri üzrə hazırlıq kurslarının altıncı məşğələləri keçirilib

28.03.2023 18:09 161 baxış
IMG

Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə qəbul imtahanlarında, ingilis dili fənni üzrə isə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının altıncı məşğələləri keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – kimya fənni üzrə Elşad Abdullayev, ingilis dili fənni üzrə isə Nərminə Əliyeva kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.

Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının növbəti məşğələləri 4 aprel 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti