Logo

Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçirilib - FOTO

28.03.2023 19:30 297 baxış
IMG

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elm Gününə həsr olunmuş “Açıq qapı” günləri keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Açıq qapı günlərində rəsədxanaya çoxsaylı ziyarətçilər gəlib. Ekskursiyaların yüksək səviyyədə təşkili üçün təcrübəli rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Ekskursiyalar zamanı ziyarətçilər ŞAR-ın yenilənmiş muzeyindəki eksponatlarla tanış olub, onlar haqqında ətraflı məlumat alıblar. Bundan başqa, qonaqlar muzeydə Elm günü ilə əlaqədar yaradılmış “Nobelçi Astrofiziklər” guşəsi ilə də tanış olublar. ŞAR-ın təcrübəli bələdçiləri onlara Nobel mükafatı təsis olunduğu vatxdan bu günədək həmin mükafata layiq görülmüş astrofizik alimlərin elmi nailiyyətləri haqqında geniş informasiya verib.

Qeyd edək ki, Açıq qapı günlərində gecə ekskursiyası zamanı rəsədxananın 70 sm-lik teleskopunda Ayın və Mars planetinin müşahidəsi aparılıb.Teleskopla müşahidə ziyarətçilərin böyük marağına səbəb olub.

Xəbər lenti