Logo

BDU tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçirlər

28.03.2023 20:54 199 baxış
IMG

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin sonuncu kurs tələbələrinin bir qismi Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda təcrübə keçirlər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tələbələr təcrübə müddətində təhsil dövründə qazandıqları biliklərin şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq, tədqiq olunan məsələlərlə uyğunluğu və tədqiqat xüsusiyyətləri haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, həmin məsələlərin həllində istifadə edilən metodiki yanaşmalar və alınmış həllərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair informasiyalar əldə edirlər.

Qeyd edək ki, tələbələrin 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə institutun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsində təcrübələrini davam etdirirlər.

Xəbər lenti