"Orucluqla bağlı ən çox müzakirə olunan mövzulardan biri də unudaraq qida və ya su qəbul etməyin orucu pozub-pozmamasıdır".
Tehsil.biz xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur:
"Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir". Odur ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar, oruclarına davam etsinlər. Onların orucu pozulmur".