Logo

İtaliyanın Sapienza Universiteti tələbə və müəllimlər üçün təqaüd proqramını açıq elan edib

29.03.2023 10:07 305 baxış
IMG

“Erasmus+ KA171” mobillik proqramı çərçivəsində İtaliyanın Sapienza Universiteti tələbə və müəllimlər üçün təqaüd proqramını açıq elan edib.

Proqrama əsasən tələbələr Sapienza Universitetində təqaüdlə bir semestrlik təhsil ala, müəllimlər isə 2 həftəlik tədris fəaliyyətində iştirak edə bilərlər. Mübadilə 2023/2024-cü tədris ilinin 1-ci semestri (sentyabr 2023 - fevral 2024) üçün nəzərdə tutulub.

Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır.

İtalyan dilində tədris olunan proqramlarda iştirak etmək istəyən tələbələr italyan dilini B2 səviyyəsində, ingilis dilində təklif olunan proqramlarda iştirak etmək istəyənlər də ingilis dilini B2 səviyyəsində bilməlidirlər.

İxtisas və proqramların siyahısına (həm italyan, həm də ingilis dillərində) aşağıdakı linkə daxil olmaqla nəzər sala bilərsiniz: 

http://corsidilaurea.uniroma1.it/en.

Proqrama müraciət etmək istəyənlərdən universitetin Beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşıb qeydiyyatdan keçə bilərlər. Qeydiyyata gələn namizədlərdən müvafiq olaraq aşağıdakı sənədləri də hazırlamaları (Learning Agreement istisna olmaqla) tələb olunur.

Bakalavr və magistr tələbələr üçün tələb olunan sənədlər:

• CV

• Motivasiya məktubu

• Transkript

• Learning Agreement (Forma göndəriləcəkdir)

Müəllimlər üçün tələb olunan sənədlər:

• CV

• Motivasiya məktubu

• Məqalələrinin siyahısı

• Sapienza Universitetinin müvafiq sahə üzrə professorlarından birindən dəvət məktubu.

Son müraciət tarixi: 5 aprel 2023-cü il

Beynəlxalq əlaqələr şöbəsi

Əsas bina, 3-cü mərtəbə, 325-ci otaq

Tel: (+994 12) 538 13 48

E-mail: [email protected]

Xəbər lenti