Logo

“Day.az: işğalçı iztirabları” kitabı rus dilində nəşr olunub

29.03.2023 11:06 371 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyevin “Day.az: işğalçı iztirabları” kitabı rus dilində nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə DİA-dan məlumat verilib.

Kitabda müəllifin elmi araşdırmalara əsaslanan məqalələri, şərhləri və müsahibələri verilib.

Bunların arasında ermənilərin Cənubi Qafqaza necə gəlmələrinə, regionda törətdikləri vəhşiliklərə, o cümlədən Ağdaban faciəsinə, ermənilərə xas olan qonşular arasında “düşmən” axtarışı vərdişlərinə, onların götürdüyü beynəlxalq öhdəliklərdən yayınma xislətinə, erməniliyi bütün dünyada ifşa edən Azərbaycan diplomatiyasının uğurlarına dair materiallar geniş yer alıb.

Xəbər lenti