Logo

ADAU-da respublika elmi-praktik konfransı keçirilib - FOTO

29.03.2023 15:03 318 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, Elmi-Tətqiqat İnstitunun direktorları, alimlər, müəllim və tələbə kollektivi iştirak ediblər.  

Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin ADAU-da yerləşən büstü önünə tər çiçəklər düzüblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Konfransı açıq elan edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyillərinin aradan qaldırılıb, səmərəli islahatların əsasının qoyulduğunu deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir.

Niyazi Bayramov çıxışında 1969-1982-ci illərdə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandığını və Ümummilli Liderin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə az bir zamanda iqtisadi tərəqqinin əldə edildiyini diqqətə çatdırıb. Şəhər rəhbəri bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir.

Daha sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.

Konfransda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, Üzümçülük və Şərabçılıq  Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov “İnnovativ becərilmə texnologiyası,  mühafizəsi və aqroekologiyası”, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxs İdarə Heyətinin sədri Elmar Allahverdiyevin “Seleksiyası, fiziologiyası və toxumçuluğu” və ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışları dinlənilib.  

Konfrans işini panel müzakirələrlə davam etdirib.

Xəbər lenti