Logo

Bu müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər

29.03.2023 15:25 2036 baxış
IMG

"Ötən sertifikasiya imtahanında iştirak edə bilməyən müəllimlər hamilə deyillərsə, 5 illəri tamam olmayıbsa, təkrar sertifikasiyada iştirak edəcəklər".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

“Ötən sertifikasiya imtahanında uğur qazana bilməyən müəllimlər təkrar sertifikasiya imtahanından kəsilərlərsə onların əmək müqaviləsinə xitam verilə bilər. Qaydalara görə, təkrar sertifikasiyada yalnız birinci mərhələdə uğurlu olmayan müəllimlər iştirak edə bilər”, - deyə Rüfət Əzizov qeyd edib.

Xəbər lenti