Logo

BMU-nun kitabxanasına yeni nəşrlər daxil olub

29.03.2023 16:00 309 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) kitabxana fondunun zənginləşdirilməsi və ən müasir dərs vəsaitləri ilə təmin edilməsi üzrə işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində Dövlət Neft Fondunun ayırdığı vəsait hesabına atılıb.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbələr, tədqiqatçılar, alimlər üçün dəyərli mənbə olan 11 ədəd yeni kitab alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Daxil edlən akademik kitablar əsasən, Elektrik və Elektronika mühəndisliyi ixtisası üzrə istifadə olunacaq.

Hazırda BMU-nun zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxana fondunda 106 minə yaxın kitab və jurnal mövcuddur. Tədris prosesində keçirilən fənlər üzrə istifadə olunan dərslik və dərs vəsaitləri ilə tələbələri ödənişsiz təmin edən BMU-nun kitabxanası həmçinin “Web of Science” və “EBSCOhost” adlı elektron portalların üzvüdür.

Qeyd edək ki, BMU və Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramı 2020/2021-ci tədris ilindən həyata keçirilir. Proqramın hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanmaqla, mühəndislik sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsi, eyni zamanda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Xəbər lenti