Logo

Dövlət İmtahan Mərkəzi tender elan edir

29.03.2023 16:23 241 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Server Prisma və Server Cosmos proqram təminatlarına texniki dəstək xidmətinin satın alınması üçün açıq tender elan edir.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, iddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 150 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 18 aprel 2023-cü il saat 12:00-dək vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə məlumat;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında müvafiq vergi orqanından arayış;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alınır;

- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasını təsdiq edən sənəd;

- sahibkarlıq subyektinin bölgüsünə əsasən hansı kateqoriyay aid olması ilə bağlı Dövlət Statistika Komitəsindən arayış.

- İddiaçının MML və CANON şirkətləri ilə tərəfdaş statusu olmalıdır.

- İddiaçının OCE şirkəti tərəfindən sertifikat almış mühəndisi olmalıdır (işçi ilə əmək münasibətini əks etdirən sənədlər əlavə edilməlidir)

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender predmeti iki və ya daha çox iddiaçı arasında bölünə bilməz.

Tender təkliflinin (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və bank zəmanətinin (tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü artıq qüvvədə olmalıdır) təqdim olunma tarixi 28 aprel 2023-cü il saat 17:00-dək.

Təkliflər 1 may 2023-cü il saat 12:00-da açılacaqdır.

Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704

E-mail: [email protected], Ünvan: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 299.

Xəbər lenti