Logo

ADU-da “Ulu öndərin yaşayan və yaşadan ideyaları” adlı dəyirmi masa keçirilib

29.03.2023 18:05 312 baxış
IMG

Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə  “Ulu öndərin yaşayan və yaşadan ideyaları” adlı dəyirmi masa keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, dəyirmi masada Dövlət himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov bu mövzuda tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, magistrantlara öz minnətdarlığını bildirib.

Daha sonra Heydər Əliyevlə bağlı video-çarx nümayiş olunub.

Məruzəçilər çıxışlarında  Ulu öndər Heydər Əliyevin dil, təhsil və ədəbiyyatla bağlı gördüyü işlər barədə məlumat veriblər.

 Xarici dillərin tədrisi metodikası fakültəsinin II kurs magistrantları-  Xəyalə Hüseynova  “Heydər Əliyev Təhsilimizin qurucusudur”,  Arzu Ərzumanlı  “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr”,  Səbinə Aslanova  “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib.

Müzakirədə fikirlərin səsləndirən Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilov Heydər Əliyevin Azərbaycan təhsilinin, dilinin və ədəbiyyatının inkişafında əvəzedilməz rolunun olduğunu da qeyd edib.

Sonda moderator, Xarici dillərin tədrisi metodikası fakültəsinin II kurs magistrantı Sevinc Məmmədova  “Ulu bir sərkərdə, ulu bir öndər” adlı şeiri səsləndirib.

Xəbər lenti