Logo

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

29.03.2023 19:00 241 baxış
IMG

Dövlət İmtahan Mərkəzində martın 29-da fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələlər respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Fizika” və 7-ci sinif “Русский язык” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının təkmilləşdirilməsi olub.

Dərsliklərdə verilən bölmələrin hər biri mövzu baxımından təhlil edilib. Dərsliklərdəki dəyişikliklər kitabçalarda nəzərə alınıb.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

5 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti