Logo

Coğrafıyaşünas alim Parisdə keçirilən beynəlxalq konqresdə iştirak edib

29.03.2023 19:28 238 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Fransanın Paris şəhərində keçirilən Sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları üzrə 4-cü beynəlxalq konqresdə iştirak edib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, alim tədbirdə “Basic principles for building network for wireless electric power distribution” (“Simsiz elektrik enerjisinin paylanması üçün şəbəkənin qurulmasının əsas prinsipləri”) mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi simsiz enerji ötürülməsində yeni üstünlüklər əldə etdiklərini bildirib. Onun sözlərinə görə bu enerjinin yaradılması üçün təklif edilən yeni şəbəkənin müxtəlif seqmentləri təhlil edilib. Hər bir seqmentin texniki spesifikasiyaları və izahatlar verilmişdir. Bu şəbəkənin işləməsi üçün süni peyklərdən necə istifadə edilməli və hansı növ peyklərin şəbəkə üçün uyğun olması təklif edilib. Həmçinin, təklif olunan paylayıcı şəbəkədən istifadə ilə bağlı maliyyə problemləri müzakirə edilib.

Böyük maraq doğuran məruzənin sonunda simsiz enerjinin yaradılması üçün təklif edilən yeni şəbəkənin dizaynı müzakirə edilib.

Xəbər lenti