Logo

FHN Akademiyasının nümayəndə heyəti Rusiyada səfərdə olub - FOTO

29.03.2023 19:42 287 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi Akademiyası rəisinin birinci müavini, polkovnik Qəzənfər Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasına səfər edib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, səfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Səfər çərçivəsində FHN Akademiyasının bir qrup əməkdaşı “Meşə yanğınlarının söndürülməsi taktikası” mövzusunda keçirilən təlimdə iştirak edib. Təlimin keçirilməsində məqsəd yanğın zamanı əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, yanğına çevik müdaxilə, qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sahəsində məsul əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim zamanı dağlıq və çətin relyefə malik ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulları izah olunub.

Bundan əlavə, təlimdə iştirak edən əməkdaşlar Rusiya Federasiyası FHN Akademiyasının maddi-texniki bazası ilə tanış olub, fərdi mühafizə vasitələrinə həsr olunmuş sərgidə ziyarətçi qismində iştirak ediblər.

Yekunda 15 nəfər əməkdaş sertifikat və ixtisasartırma vəsiqəsi ilə təltif olunub.

FHN Akademiyasının nümayəndə heyəti Rusiyada səfərdə olub

FHN Akademiyasının nümayəndə heyəti Rusiyada səfərdə olub

Xəbər lenti