Logo

Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alim BDU-da elmi seminar keçirib - FOTO

29.03.2023 22:32 250 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin məzunu, AMEA-ın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, professor Tərlan Məmmədov tərəfindən “Vaksin və terapevtik proteinlerin işlənib hazirlanmasi: malyariya, qarayara, quduzluq və COVID-19-a qarşı bitki əsaslı vaksin və terapevtik proteinlerin preklinik tədqiqatlari” mövzusunda elmi seminar keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, professor Tərlan Məmmədov iştirakçılara son illərdə geniş yayılmış COVİD-19 virusuna qarşı və digər vaksinlər haqqında ətraflı məlumat verib. Bildirib ki, onun rəhbərliyi ilə komandası tərəfindən hazırlanmış vaksin COVİD-19 virusunun bütün variantlarına qarşı effektlidir. Tərlan Məmmədov artıq bir neçə önəmli vaksinin, o cümlədən qarayara, malyariya və quduzluq kimi xəstəliklərə qarşı vaksinlərin hazırlanması ilə əlaqədar preklinik tədqiqatların başa çatdığını və insanlar üzərində sınaqlardan keçmə mərhələsində olduğunu deyib.

Seminarın sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti