Logo

AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası olub

30.03.2023 11:10 235 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası olub.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Daha sonra martın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi ilə Elm günü münasibətilə keçirilən görüş barədə dinləyicilərə ümumi məlumat verib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”nın təsdiq edilməsi, bölmə əməkdaşlarının KİV-də Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Zəngəzurla bağlı məqalələrinin dərc edilməsinə diqqətin artırılması, elmi-tədqiqat müəssisələrinin aylıq fəaliyyət planının hazırlanması və nəticələri ilə bağlı hesabatların tərtib olunması barədə aidiyyatı üzrə məlumat verilib.

Gündəlikdəki Naxçıvan Bölməsi əməkdaşlarının beynəlxalq bazalarda indeksləşmiş jurnallarda məqalə dərc etdirmələri sahəsində fəallığın artırılması, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərə Rəqəmsal Obyekt İdentifikatorunun (DOI) alınması ilə bağlı müzakirə aparılıb, Rəyasət Heyəti məsələlərin həlli istiqamətində bəzi qərarlar qəbul edib.

Xəbər lenti