Logo

"Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda akademik seminar keçirilib - FOTO

30.03.2023 13:05 309 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda akademik seminar keçirilib.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, seminar “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə məlumat verib.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə ilə çıxış edib. H.Əsgərov azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərlərimizin inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı mühüm addımlardan danışıb.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Azərbaycanın dünya birliyində artan rolundan söz açıb.

Sonda məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən dərslər barədə öz təəssüratlarını bölüşüblər.

Xəbər lenti