Logo

İftarı gecikdirmək olarmı?

30.03.2023 13:39 341 baxış
IMG

"Orucda tövsiyə edilən əməllərdən biri də iftarı gecikdirməmək, orucu vaxtında açmaqdır".

Tehsil.biz xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

"Dinimizdə üzrlü səbəb olmadan iftarı gecikdirmək bəyənilməyən əməllərdən sayılır. Məhəmməd Peyğəmbər bu barədə buyurub: "İnsanlar iftarı tezləşdridikcə, xeyir içində olacaqlar". Odur ki, çalışaq üzrlü səbəb yoxdursa, iftarı vaxtında edək, oruc açmağı gecikdirməyək", - millət vəkili qeyd edib.

Xəbər lenti