Logo

“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda görüş keçirilib - FOTO

30.03.2023 15:32 363 baxış
IMG

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərin davamı olaraq 29 mart 2023-cü il tarixdə Sumqayıt Gənclər Evində Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və onların valideynləri üçün “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək erkən nikahın və qan qohumları arasında nikahların mənfi nəticələrindən və onların qarşısının alınması istiqamətində dövlət, xüsusilə də Komitə tərəfindən görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib. 

K.Əliyeva ölkəmizdə erkən nikah və uşaq evliliklərinin gender əsaslı zorakılığın bir növü kimi dəyərləndirildiyini vurğulayıb, tələbə və valideynlərə belə hallarla mübarizədə fəal olmaq, bu cür hallarla üzləşən şəxslərə dərhal Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət etmək tövsiyə edib.

Çıxış edən Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova məsələnin aktuallığına diqqət çəkib, yeniyetmə və gənclərə ailə öhdəliklərini tam məsuliyyətlə öz üzərinə götürməyə hazır olduqdan sonra ailə həyatı qurmağı tövsiyə edib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara “Erkən nikahın və qohum evliliyinin ana və uşaqların sağlamlığına mənfi təsirləri” adlı məlumatlandırıcı çap vəsaiti paylanılıb.

Sonda “Erkən nikaha YOX deyək!” adlı vedioçarx nümayiş etdirilib.

Görüşdən 130 nəfər iştirakçı faydalanıb.

Xəbər lenti