Logo

İlk təqaüdünün 1-ci ayını Türkiyəyə yardım üçün göndərdi - FOTO

30.03.2023 15:55 387 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin 1-ci kurs tələbəsi, 17 yaşlı Nazim Vəfa oğlu Həsənov örnək addım atıb.

Tehsil.biz xəbər verir ki, əlaçı tələbə Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə yardım fonduna Ziraat bankının Bakı ofisi vasitəsi ilə ilk təqaüdünün 1-ci ayının tam - 175 manat məbləğini köçürüb.

Qeyd edək ki, Nazimin atası Vəfa Həsənov 8 il əvvəl qəflətən ürəktutmadan dünyasını dəyişib. Babasının himayəsində böyüyən Nazim 2022-ci ildə orta təhsilini İdrak Liseyində əla qiymətlərlə bitirib. Həmin il qəbul imtahanlarında 610 bal toplayaraq BDU-nun hüquq fakültəsinə qəbul olub. 2023- cü il qış imtahan sessiyasında 1-ci kursun 1-ci semestrinin bütün imtahanlarından yüksək nəticə toplayaraq əlaçı olub.

Gələcəyin hüquqşünası, vətənpərvər gənclərimizdən biri olan Nazim deyir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində Qarabağın, o cümlədən Mədəniyyət paytaxtı Şuşanın erməni işğalından azad edilməsi, Zəfər günü onun həyatında ən sevindirici gün olub. Yaxın gələcək üçün arzusu 18 yaşı tamam olanda Şuşaya səfər etmək və sona qədər əlaçı olmaqla BDU-nu fəqlənmə diplomu ilə bitirməkdir.

Nazim dərsdən asudə vaxtlarinda M.F.Axundov adına Mərkəzi Kitabxanaya, əlavə ingilis dili kursuna gedir, bədii ədəbiyyat oxuyur, üzgüçülük və futbolla da həvəskar kimi məşğul olur.

Xəbər lenti