Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin təşkilatçılığı və BDU SABAH qruplarının nəzdində fəaliyyət göstərən "BİO klub"un təqdimatı ilə "Geni modifikasiya olunmuş (GMO) orqanizmlər" mövzusunda seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Seminarda BDU SABAH qruplarının Biologiya müəllimliyi ixtisasının II , III, IV kurs tələbələri iştirak ediblər.
Tələbələrdən Fəridə Rzayeva “GMO nədir? GMO-nun tarixi”, Kübra Həşimova “Qidamızı təşkil edən GMO-lar”, Zəhra Mirzəyeva “GMO-nun fəsadları”, Ülkər Gülməmmədzadə “Asilomar konfransı”, Üzeyir Kərimov “Azərbaycan xalqının GMO-ya baxışı” mövzusunda təqdimatlar ediblər.
Sonra mövzu əsasında müzakirələr aparılıb. Qeyd edək ki, seminarın keçirilməsinin məqsədi tələbələri GMO və onun insan orqanizminə mənfi təsiri barədə məlumatlandırmaqdır.