Logo

Zal nəzarətçilərinə keçirilən təlimlər davam edir

30.03.2023 17:00 267 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün növbəti təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə qabiliyyət imtahanlarının xüsusiyyətləri, zal nəzarətçisinin vəzifələri, abituriyentlərin davranış qaydaları haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında təqdimat  nümayiş etdirilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti