Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

30.03.2023 17:27 221 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 30 mart 2023-cü il tarixində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, biologiya fənni üzrə gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif “Biologiya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

Tarix fənni üzrə isə gündəlik məsələ qəbul imtahanı üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq xidməti istifadə üçün tövsiyənin müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

6 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti