Logo

Təhsil eksperti müəllimlərin sabit əməkhaqqı almasını təklif edib

31.03.2023 00:14 867 baxış
IMG

"Müəllimlərin dərs yükü tədrisin keyfiyyətinə bilavasitə ciddi şəkildə təsir göstərir. Amma müəllimlər sosial-iqtisadi vəziyyətlərinə görə çox dərs yükünə razı olurlar".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Ekspert 2016-cı ildə müəllimlərin bir stavka dərs yükünün 12 saatdan 18 saata qaldırılmasının yanlış olduğunu hesab edir:

"Hesab edirəm ki, müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata salınmalı və müəllimlərə dərs stavkasından əlavə müəyyən vəzifə maaşı təyin edilməlidir. Yəni bütün müəllimlər üçün sabit vəzifə maaşı, misal üçün, 300-500 manat müəyyən edilməlidir, əlavə olaraq da dərs yükünə görə həmişəki maaşları əlavə olunmalıdır".

Kamran Əsədov bildirib ki, müəllimin dərs yükü ölkələr arasında fərqlənir, lakin əsasən müəllimlər üçün müəyyən edilmiş maksimum dərs yükü var:

"ABŞ-də Milli Təhsil İnstitutunun məlumatına görə, orta məktəblərdə müəllimlər üçün rəsmi olaraq təyin edilmiş dərs yükü həftədə 25-30 saat arasında dəyişir. Birləşmiş Krallıqda isə müəllimlərə həftədə 19 saata qədər dərs verilməsi məsləhət görülür. Türkiyədə dərs yükü 24 saat, Almaniyada isə 27 saata qədər olur. Azərbaycanda isə müəllimlərin dərs yükü əsasən həftədə maksimum 36 saat olsa da, daha 12-24 saat arasında dəyişir. Lakin bu rəqəm ölkədəki təhsil müəssisələrinə və fənn növlərinə görə dəyişə bilər".

Ekspertin fikirlərinə görə, həftədə 24-36 saat dərs deyən müəllimin dərs keyfiyyəti ilə 12-18 saat dərs deyən müəllim arasında ciddi keyfiyyət fərqi var.

Xəbər lenti