Logo

"Milli kimlik və onun folklor-mifoloji qaynaqları” mövzusunda mühazirə təşkil olunub

31.03.2023 00:40 348 baxış
IMG

Martın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 və Təhsil 2 fakültələrində “Novruz mühazirələri” çərçivəsində “Milli kimlik və onun folklor-mifoloji qaynaqları” mövzusunda  mühazirə təşkil olunub.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə ADU-nun rektor məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil-2 fakültəsinin dekanı, dosent Salman Nuriyev və sözügedən fakültələrin tələbələri iştirak ediblər.

Mühazirəni AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy təqdim edib.

O, qeyd edib ki, hər bir xalqın milli kimliyini formalaşdıran dəyərlər tarixi baxımından mifologiya ilə sıx bağlı olduğu kimi bu gün də mifik qaynaqlarda əlaqəsini davam etdirir. Belə ki, müasir insan şüuru mənsub olduğu etnik-mədəni sistemin bütün tarixini özündə etnopsixoloji irs kimi yaşadır.

Bu cəhətdən milli-mənəvi dəyərlərin daşıyıcısı olan foklor və mifologiya müasir milli kimliyimizin və ictimai şüurumuzun etno-energetik rolunu oynayır. Bu mənada müasir gənclik mənəvi dəyərlərlə ünsiyyətdə olmaqla yanaşı, eyni zamanda milli kimlik dəyərələrinin saxlancı olan folklor mətnləri ilə də müntəzəm şəkildə informativ təmasda olmalıdır ki, onlarda sağlam milli şüur formalaşa bilsin.

Xəbər lenti