Logo

DİM böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

31.03.2023 09:56 355 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorunda böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib. Müvafiq vəzifəni tutmaq üçün tələblər və qulluq funksiyaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “YÖMİ departamentində böyük məsləhətçi” qeyd olunmaqla [email protected] ünvanına aprelin 10-dək göndərə bilərlər.

Xəbər lenti