Logo

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

31.03.2023 11:09 307 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti 20 aprel 2023-cü il saat 23:59-dək uzadılıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. 

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə  və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti