Logo

Bakıda məktəb direktoru müəllimləri məktəbə buraxmayıb? - AÇIQLAMA+VİDEO

31.03.2023 11:23 1375 baxış
IMG

Bakının Binəqədi rayonunda yerləşən R.Əliyev adına 3 nömrəli məktəbində insident baş verib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Qeyd olunub ki, məktəb direktoru təhsil ocağının qapısını bağlayaraq işçiləri içəri buraxmayıb. Bu da məktəb daxilində qalmaqala səbəb olub.

Məsələ ilə bağlı 3 nömrəli tam orta məktəbdən "Tehsil.biz"ə bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib:

“İşdən azad edilməsinə baxmayaraq, həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə  su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.

Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.

Xəbər lenti