Logo

BDU-nun Qazax filialında soyqırımı qurbanları anılıb

31.03.2023 19:12 262 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində soyqırıma həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbir şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 31 mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 200 ildən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımların tarixi, səbəbləri barədə danışıb, mart soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov belə faciələrin xalqımızın həyatında bir daha təkrarlanmaması, həmin hadisələrin dərindən öyrənilib təhlil olunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi baxımından tədbirin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Nigar Fərzəliyeva mövzu ilə bağlı məruzə ediblər.

Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Hikmət Yusifov, Qazax RİH Aparatında aparıcı məsləhətçi Həsən Yusifli, Tarix ixtisasının IV kurs tələbəsi Gülayə Rüstəmzadə, Filologiya ixtisasının I və II kurs tələbələri Aytac Axundova və Allahverdi Süleymanov çıxışlarında xalqımızın məğrurluğunu, tarixinə sahib çıxan xalq olduğunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdiyini bildiriblər.

Xəbər lenti