Logo

Xalq artisti müalicə aldığı xəstəxanadan evə buraxılıb

01.04.2023 16:44 241 baxış
IMG

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: "Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir".

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

Xəbər lenti