Logo

Mədəniyyət nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

03.04.2023 16:17 318 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən 2023-cü il 28 aprel tarixində saat 10:00-da Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar 19 aprel 2023-cü il tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Xəbər lenti