Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 4722 tələbə kredit almaq üçün müraciət edib.
Onlardan 750 nəfərin müraciəti natamam olub, 462 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 158 nəfərin müraciətinə imtina cavabı verilib, 247 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 3105 nəfərə TTK verilib. Onların arasından 1074 nəfərin müraciəti sosial TTK, 2031 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.