Logo

Azərbaycanda daha 13 nəfər COVID-19-a yoluxub, vaksin vurulmayıb - FOTO

03.04.2023 20:37 412 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 241 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 444 nəfərdir.

Ölkədə son sutka ərzində 667, hazırkı dövrədək isə 7 561 346 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Xəbər lenti