Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə mart ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ərzində ümumilikdə 3811 müraciət daxil olub.
Müraciətlərin 468-i feysbuk, 2701-i çağrı mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 211, sayt üzərindən isə 403 müraciət daxil olub. 28 vətəndaş isə qəbulda iştirak edib.