Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq.
Vebinar 7 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.
Qeydiyyat linki: https://e-psixoloq.az/#banner