Logo

Müəllimlərin vaksinasiyaya məcbur edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

04.03.2021 12:13 1921 baxış
IMG

3 Mart  2021-ci il tarixindən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

 

Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatına əsasən ilkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb.

 

Sosial şəbəkələrdə müəllimlərin məcburi şəkildə vaksinasiya olunması ilə bağlı iddialara rast gəlinir. Bildirilir ki, məktəblərdə vaksinasiya prosesi məcburi formada keçirilir. Peyvənd olunmaqdan imtina edən müəllimlərin isə işdən kənarlaşdırılması qeyd olunur.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Tehsil.biz-in sorğusuna cavab olaraq bildirilib ki, vaksinasiya prosesi könüllü şəkildə baş tutur. Əgər müəllimlər məcburi şəkildə peyvən edilirsə, bununla bağlı Təhsil Nazirliyinə müraciət etmələri xahiş olunur.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da açıqlamasında bildirib ki, vaksinasiya könüllüdür, amma zəruri olaraq keçirilməsi vətəndaş məsuliyyəti və peşə təəssübkeşliyinə görə olmalıdır.

 

İdarə müdirinin sözlərinə görə, vaksinasiya olunan şəxslər mütləq həkim müayinəsindən keçir, yanaşı xəstəliklər varsa, vaksinasiya olmur.

Xəbər lenti