Logo

BDU professorunun məqaləsi impakt faktorlu jurnalda

04.03.2021 13:00 396 baxış
IMG

Bakı Dövlət Universitetinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu icmal məqalə Clarivate Analitics Web of Science elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

 

“Baicalin, a natural antimicrobial and anti-biofilm agent” (“Baikalin (baykalin), antimikrob və anti-bioplyonka (biolövhə) xassələrə malik təbii agentdir”) adlı məqalə Journal of Herbal Medicine (İF= 2.221) jurnalında çap olunub.

 

Aparılan tədqiqat nəticəsində “Baikalin-Scutellaria baicalensis” bitkisinin kökündən alınmış ekstraktın əsas tərkib hissəsini təşkil edən qlikoziloksiflavun maddəsi olduğu müəyyən edilib. İcmal məqalədə antibakterial, antioksidant, antitumor və antiiltihab xassələrə malik baikalin (baykalin) maddəsinin təsir mexanizmi ümumiləşdirilmiş, iltihab törədən bakteriyalarla və bioplyonkalarla (biolövhələrlə) mübarizənin yeni strategiyası irəli sürülüb.

 

Məqaləni oxumaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

 

https://doi.org/10.1016/j.hermed.2021.100432

Xəbər lenti