Mart ayında 59 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.
Qeyd olunub ki, həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 41 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 2 nəfərə imtina cavabı gəlib.
Fevral ayı ərzində 22 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 4 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.