Logo

Fransa səfirliyinin mədəniyyət işləri üzrə attaşesi muzeyi ziyarət edib - FOTO

06.04.2023 09:10 274 baxış
IMG

Fransa səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pier-Antuan Ferasen Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, attaşe ilk olaraq muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa mədəni əlaqələri barədə söhbət aparılıb. Söhbət zamanı akademik Nailə Vəlixanlı qonaqları muzeyin yenidən qurulan ekspozisiyasının açılış mərasiminə də dəvət edib.

Sonra qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağiyevin ev-muzeyini ziyarət ediblər. Attaşe Pier-Antuan H.Z.Tağıyevin fəaliyyətini yüksək qiymətləndirdiyini və muzeydən böyük zövq aldığını bildirib.

Xəbər lenti