Logo

Ədəbiyyat Fonduna yeni baş direktor təyin olunub

06.04.2023 13:15 231 baxış
IMG

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü yazıçı Varis Yolçuyev Azərbaycan Ədəbiyyat Fonduna yeni baş direktor təyin olunub.

"Tehsil.biz"in məlumatına görə, bu barədə yazıçı özünün feysbuk hesabında bildirib.

Qeyd edək ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının (“İGOW Berlin”, Almaniya), PEN klubun (“PEN İnternational”, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır. 

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.

Xəbər lenti