Logo

“Heydər Əliyev İli”nə həsr olunan elmi müsabiqə keçiriləcək

06.04.2023 13:41 321 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verilib.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, institutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayevin bildirib ki, sözügedən müəssisənin Yeni Azərbaycan Partiyası ilk ərazi partiay təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində bu elmi müəssisənin gənc tədqiqatçıları olan gənc alim, doktorant, dissertant və magistrantlar arasında “Ən yaxşı elmi məruzə” adlı müsabiqə elan edilib.

1 aprel-1 may 2023-cü il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi-tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və mükafatlar təqdim olunacaq.

Xəbər lenti