Logo

Bakıda şagirdlər arasında zəhərlənmə olub

06.04.2023 13:45 697 baxış
IMG

Bakıda məktəblilər arasında zəhərlənmə olub.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hadisənin paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində baş verdiyi bildirilir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

"Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur", - BŞTİ-nin məlumatında qeyd olunub.

Xəbər lenti