Logo

Bakıda şagirddə vərəm aşkarlanıb

06.04.2023 17:19 1051 baxış
IMG

Paytaxtın 136 nömrəli tam orta məktəbində martın 31-də məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.

Bu barədə "Tehsil.biz"ə məktəbdən bildirilib.

“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə martın 31-dən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub", - məlumatda qeyd olunub.

Xəbər lenti